Rusiya qoşunları bu ölkənin Silahlı Qüvvələrinin (Ukrayna Silahlı Qüvvələri) maddi-texniki təchizatını pozmaq cəhdi ilə Ukraynada dəmir yolu infrastrukturunu hədəfə alır.
1xeber.media xəbər verir ki, bu barədə “Ukrzaliznitsa” (Ukrayna Dəmir Yolları) İdarə Heyətinin sədri Oleksandr Pertsovski “Facebook” sosial şəbəkəsində məlumat verib.
O, iddia edib ki, Rusiya ordusunun bölmələri cəbhəyanı ərazilərlə əlaqəni kəsməyə çalışır. Konkret olaraq Pertsovski Sumı və Çerniqov vilayətlərinin adını çəkib. Bununla belə, sonuncu bölgədə daha əvvəl heç bir qarşıdurma barədə məlumat verilməyib.
Onun sözlərinə görə, həm əsas, həm də ehtiyat marşrutlar bağlana bilər.
Bundan əvvəl Rusiya ordusunun Sumı vilayətinə kütləvi zərbələr endirdiyi bildirilirdi. Rusiyanın pilotsuz təyyarələri Stepanivka kəndində dəmiryol vağzalına hücum edib.