1xeber.media xəbər verir ki, Avropa Parlamenti Avropa Komissiyasının sədri Ursula fon der Leyenin uğursuz miqrasiya siyasətinə, İsrailə qarşı yumşaq mövqeyinə və ABŞ-la Aİ üçün əlverişsiz olan sazişin bağlanmasına görə ona etimadsızlıq təklifini böyük səslə rədd edib.
Parlamentin 370-dən çox üzvü müxtəlif fraksiyaların iki təklifi əsasında Komissiya sədrinin istefasının əleyhinə səs verib. Avropa Parlamentinin 720 üzvü var.