 Müstəqil Dövlətlər Birliyinin növbəti sammiti 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçiriləcək.
 Müstəqil Dövlətlər Birliyinin növbəti sammiti 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçiriləcək. 
1xeber.media xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev sammitin genişləndirilmiş iclasında açıqlayıb.
Bu qərar əsas təşkilati məsələlərin müzakirə olunduğu iclasın qapalı hissəsində qəbul edilib: "Nümayəndə heyətlərinin başçıları qərara gəliblər ki, Türkmənistan 2026-cı ildə Birliyə sədrlik edəcək, həmsədrlik Tacikistan Respublikası və Özbəkistan Respublikasında olacaq", - Lebedev iclasda deyib.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin sammit Düşənbədə keçirilir.
 
			

















 
   
   
