Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində 4 ay müddətinə ev dustalığı tədbiri seçilib. Sabiq PA rəhvəri Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
1xeber.media-nın məlumatına görə, Cinayət Məcəlləsinin 274-cü və 278-ci maddələrinə əsasən, əməli törətməsi sübuta yetirilən şəxs on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.