Prezident Adminstrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin şəxsi saytı bloklanıb.
1xeber.media Yenisabah.az-a istinadla xəbər verir ki, hazırda http://ramizmehdiyev.preslib.az/ domeninə giriş mümkün deyil.
Amma bunun səbəbi barədə heç bir açıqlama verilməyib.
R.Mehdiyevin ictimai-siyasi fəaliyyətini və elmi irsini əks etdirən “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi 2018-ci ilin may ayında istifadəyə verilib.
Elektron kitabxanada R.Mehdiyevin əsərlərinin, redaktoru və buraxılışına məsul olduğu kitabların, çıxışlarının, məruzələrinin, müsahibələrinin və məqalələrinin biblioqrafik təsviri yer alırdı.