1xeber.media xəbər verir ki, Oktyabrın 15-də ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis deyib ki, NATO birliyi illüziyası gözümüzün qarşısında sönür.
"Bir çox Avropa dövlətləri Rusiya ilə daha genişmiqyaslı münaqişəyə girməkdən imtina edərdilər. Slovakiya, Çexiya və Macarıstan artıq "biz yox" deyirlər. Hətta güclü ordusu olan Polşa da sürətlə inkişaf edən iqtisadiyyatını riskə atmayacaq, Fransa, Almaniya və Böyük Britaniya öz daxilində iğtişaşlarla üzləşiblər – onların Moskva ilə hərbi münaqişəyə girmək arzusu yoxdur”, - o, sosial media platforması X (keçmiş Twitter) yazıb.
Devis onu da qeyd edib ki, NATO birliyi mifi təzyiq altında dağılır.