Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev həbsində səhhətinin pisləşdiyi, bu səbəbədən onun üçün həkim briqadası çağırılmasına dair xəbərlər yayılıb.
1xeber.media bildirir ki, Teleqraf məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb.Qurumdan agentliyin sorğusuna cavab olaraq bildirilib ki, Ramiz Mehdiyevlə bağlı Təcili Tibbi Yardıma hər hansı çağırış daxil olmayıb.