"Mətbuatda Ramiz Mehdiyevin malik olduğu var-dövlətinin siyahsını gördüm. Mənə elə gəlir ki, bu siyahı hələ tam deyil. Yəqin ki, daha çox bilinməyən məsələlər var. İstintaq bunların hamısını arışdırıb yoluna qoyacaq. Biz də ədalətli qərarın şahidi olacayıq".
1xeber.media xəbər verir ki, bunu açıqlamasında keçmiş təhsil naziri Misir Mərdanov deyib. Eks-nazir qeyd edib ki, onun əmlakları müsadirə olunmalıdır:
Mənə elə gəlir ki, adı gedən və getməyən əmlakların müsadirə olunmasını görəcəyik. Demək olar ki, dövlətin içərisində dövlət yaradıb və bu qədər mülkə sahiblik edib. Heç bir ağıllı adam belə addım atmaz. Bunun hər rayonda iki villasının olmasına nə ehtiyac var? Bəlkə də çoxunun yerini bilmir. Mətbuatda rayonlar üzrə siyahısını veriblər. Nə ehtiyac var ki, yüz hektarlarla torpaq sahəsi var. Camaatın mal-qarasının otlaması üçün yer yoxdur, bu gedib oraları çəpərləyib. Bu şeylərə nə ehtiyac var? Daha çox şeylərin üzə çıxacağını gözləyirəm. İnanıram ki, dövlətimiz, müvafiq orqanlar düzgün qərar edib ictimaiyyətə məlumat verəcəklər".
Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.