Qətər 14 ildən sonra Suriyaya səfir təyin edib.
1xeber.media xəbər verir ki, bu barədə Qətər əmiri Təmim bin Həməd Əl Tani fərman imzalayıb.
Məlumata görə, Xəlifə Abdullah Səd Əl Mahmud əş-Şərif Suriyaya səfir təyin olunub.
Qeyd edək ki, Suriyadakı vətəndaş müharibəsi zamanı Qətər 2011-ci ildə bu ölkədəki səfirliyini bağlamışdı.