Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, oktyabrın 25-də saat 00:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər tam məhdudlaşdırılacaq.
Bu barədə 1xeber.media Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, sürücülər təmir müddətində alternativ olaraq Müzəffər Nərimanov küçəsindən istifadə edə bilərlər.

















