1xeber.media xəbər verir ki,Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən kiçik yeniyetmələr arasında Avropa birinciliyində çempion olan taekvondoçumuz, Vətən müharibəsi şəhidi Elbrus Hüseyinovun qızı Dərya Hüseyinova doğulduğu Göygöl rayonunda böyük hərarətlə qarşılanıb.
Daha sonra idmançımızın və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə qəhrəman şəhidimizin məzarı ziyarət edilib.
Qeyd edək ki, 8 yaşlı taekvondoçumuz atasının istəyi ilə idmana gəldiyini və Avropa çempionatında qazandığı qələbəni atasına həsr etdiyini bildirib.