Belçikanın müdafiə naziri Teo Franken “Moskvanı yer üzündən silməklə bağlı” hədələrindən geri çəkilib.
1xeber.media xəbər verir ki, Noyabrın 3-də RTBF-yə müsahibəsində nazir “De Morgen” qəzetini məlumatları təhrif etməkdə ittiham edib.
"Humoya verdiyim müsahibəni oxumalısınız. Lakin sonra De Morgen həqiqətən dediklərimi çox pis, yanlış və ədalətsiz şəkildə təhrif etdi" dedi Franken.
Nazir qeyd edib ki, jurnalist ondan Moskvanın Brüsselə nüvə bombası atmaq niyyətində olub-olmadığını soruşub.

















