Azərbaycanın tanınmış jurnalisti, "Avronyus" (Euronews) telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həyatını itirib.
1xeber.media xəbər verir ki, bu barədə Trend-ə jurnalistin yaxınları məlumat verib.
Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub. Onun "Avronyus" üçün hazırladığı reportajlar, ələlxüsus da, 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən sujetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırıb.

















