Türkiyədə baş vermiş yol qəzasında faciəvi şəkildə həlak olan tanınmış azərbaycanlı jurnalist və "Avronyus" müxbiri Emin İbrahimovla vida mərasimi keçirilib.
1xeber.media xəbər verir ki, mərasim Təzə Pir məscidində olub.
Mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün çoxsaylı media nümayəndələri, dostları, siyasi və ictimai xadimlər, paytaxt sakinləri iştirak edib.
Emin İbrahimov Azərbaycan jurnalistikasının ən görkəmli simalarından biri kimi tanınırdı. Onun reportajları, xüsusilə də 2020-ci il Vətən Müharibəsi dövründə hazırladığı materiallar peşəkarlığı, obyektivliyi və fədakarlığı ilə geniş rəğbət qazanmışdı.
Emin İbrahimov bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

















