Bir müddət əvvəl ölkədə problemli kreditlərin bağışlanması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Bəs, bu addımın təkrarlanması realdırmı?
Mövzu ilə bağlı konkret.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, problemli kreditlərin dövlət tərəfindən bağışlanması mümkünsüz görünür:
Onun sözlərinə görə, indiyə qədər heç vaxt kreditlər tam şəkildə bağışlanmayıb:
“Sadəcə olaraq dövlət 2016-cı ildə devalvasiya nəticəsində kiçik məbləğli kreditlərə müəyyən güzəşt tətbiq etmişdi. O zaman da kreditlər bağlanmamışdı. Bu, bankların səlahiyyətində olan məsələdir.”
Ekspert bildirib ki, qarşıdakı illərdə də dövlətin yenidən problemli kreditləri bağışlaması gözlənilmir:
“Bank istəsə, öz qərarı ilə müəyyən borcu silə bilər. Lakin banklar əsasən dövlətin bu addımı atmasını gözləyir. Çünki banklara pul lazımdır və bunun üçün dövlət büdcəsindən vəsait ayrılmalıdır.”
Xalid Kərimli həmçinin qeyd edib ki, problemli kreditlərin dövlət tərəfindən bağışlanması yanlış gözləntilər formalaşdıra və maliyyə sektorunda əlavə risklər yarada bilər.Ekspert vətəndaşların problemli kreditləri mümkün qədər özlərinin həll etməli olduğunu bildirib















