Türkiyədə məhkəmə binasında partlayış baş verib.
1xeber.media “Haberler” portalına istinadən xəbər verir ki, Şanlıurfa şəhərində qeydə alınan hadisə zamanı 4 nəfər yaralanıb.
Məlumata görə, hadisəyə səbəb binada elektron cihazın partlaması olub.
Faktla bağlı araşdırma başladılıb.















