
Ukraynada davamlı sülh yalnız Kiyevin suverenliyinin qorunması da daxil olmaqla bir sıra şərtlər yerinə yetirildikdə mümkündür.
1xeber.media xəbər verir ki, böyük Britaniyanın baş naziri Key Starmer bunu noyabrın 25-də bəyan edib.
Starmerin sözlərinə görə, Ukrayna öz suverenliyini qoruyub saxlamalı və özünü müdafiə edə bilməlidir. Bununla belə, Avropa və NATO ilə bağlı elementlər alyans ölkələrinin razılığını tələb edəcək.
"Sizi əmin edə bilərəm ki, bu planı təkmilləşdirmək üçün işlər davam edir" deyə Sky News onun sözlərindən sitat gətirib.















