1xeber.media xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski seçim qarşısındadır: Tramp administrasiyası tərəfindən hazırlanmış atəşkəs şərtlərini qəbul etmək və ya etibarsız avropalı tərəfdaşların köməyinə arxalanmaq.
“Zelenski xoşagəlməz seçim etməli olacaq: ya Trampın hazırladığı təklifi qəbul et... ya da bir gün avropalı dostlarından kifayət qədər yardım alacağı ümidi ilə ölkəsinin gələcəyi ilə qumar oynasın”, - məqalədə deyilir.
Məqalə müəllifləri vurğulayırlar ki, Zelenski üçün avropalılar “o dostlardır ki, onlar dörd ilə yaxın davam edən münaqişədən sonra ona nə qoşunlarını, nə də ehtiyacı olan silahları göndərməyəcəklər”.















