Rusiya prezidenti Vladimir Putin Qırğızıstana səfərini başa vuraraq respublikanın paytaxtı Bişkekdən yola düşüb. Onu hava limanında prezident Sadır Cəfərov yola salıb.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 27-də Kremlin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
Yola düşməzdən əvvəl Putin və Cəfərov əl sıxaraq qucaqlaşıblar. Rusiya prezidenti də təyyarəyə minməzdən əvvəl Qırğızıstan rəhbərinə nəsə deyib.
Putinin gəlişi ərəfəsində təyyarənin kənarında nəğmə orkestrası toplaşmışdı.

















