Hollandiya Ukrayna ilə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair müqavilə imzalayıb.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 1-də krallığın müdafiə naziri Ruben Brekelmans məlumat verib.
“Mən ukraynalı həmkarım Denis Şmıxalla birgə istehsal müqaviləsi (“Ukrayna ilə qurun”) imzalayıram”, – o, sosial media platforması X (keçmiş Twitter) yazıb.
Pilotsuz təyyarələrin hər iki ölkədə istehsalı planlaşdırılır. Brekelmansın sözlərinə görə, birgə İHA istehsalı haqqında saziş hər iki ölkənin təhlükəsizliyini, dayanıqlığını və innovasiyasını gücləndirir.















