Ukrayna tərəfdaşları ilə birlikdə Belarusda Rusiyanın “Oreşnik” orta mənzilli ballistik raket komplekslərinin yerləşdirilməsinə cavab hazırlayacaq.
1xeber.media xəbər verir ki, bu barədə respublika prezidenti Vladimir Zelenski özünün Telegram-kanalında məlumat verib.
Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı guya qonşu respublikada Rusiya sistemlərinin yerləşdirilməsi ilə bağlı daha ətraflı məlumat toplayıb. Siyasətçi həmçinin bəyan edib ki, Kiyev bu məlumatı müttəfiqləri ilə bölüşəcək.
"Belarusda "Oreşnik" sistemlərinin yerləşdirilməsi. Kəşfiyyat bu barədə daha ətraflı məlumat əldə edib və vacibdir ki, bizim tərəfdaşlarımız da bunu bilsinlər və müdafiə tədbirlərində bunu nəzərə alsınlar. Mən onlara cavab variantlarını hazırlamaq üçün tərəfdaşlarla işləməyi tapşırmışam", - o yazıb.

















