ABŞ prezidenti Donald Tramp onun müharibə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni dəstəkləyən respublikaçı senatorları tənqid edərək, bunun ölkənin müdafiəsini zəiflətdiyini iddia etdi.
1xeber.media xəbər verir ki, O, bunu 8 yanvarda TruthSocial sosial media platformasında elan etdi.
Trampın sözlərinə görə, bəzi partiya yoldaşlarının təşəbbüsü dəstəkləməsi milli təhlükəsizliyə birbaşa zərər vurur.
"Bu səsvermə ABŞ-ın özünümüdafiəsini ciddi şəkildə zəiflədir və Prezidentin Ali Baş Komandan kimi səlahiyyətlərini sarsıdır", - deyə o yazıb.

















