Qrenlandiya ABŞ-a qoşulmaq istəmir və Danimarkanın tərkibində qalmaq niyyətindədir.
1xeber.media xəbər verir ki, bu açıqlamanı Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen verib.
"Əgər indi ABŞ və Danimarka arasında seçim etməli olsaydıq, Danimarkanı seçərdik. Əsas odur ki, biz satılmırıq. Qrenlandiya alına bilməz", - deyə siyasətçi bildirib.
Kopenhagendə keçirilən mətbuat konfransında Nilsen muxtar bölgə əhalisinin Danimarka, Avropa Birliyi və NATO-nu seçmək istəyini bildirib. Adanın baş naziri əlavə edib ki, Avropa siyasətçiləri birləşməli və daxili bölünmədən qaçınmalıdırlar. O, həmçinin əməkdaşlıq istəyini və Qərb alyansının bir hissəsi olaraq qalmaq niyyətini ifadə edib.
Daha əvvəl Danimarka hərbçiləri ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı əldə etmək istəyinə cavab hazırlayıblar. Hərbçilər Baltik dənizindən qoşunların yenidən yerləşdirilməsi təklifini irəli sürüblər.

















