Pentaqonun keçmiş müşaviri və təqaüddə olan ABŞ polkovniki Duqlas MakQreqor Rusiya xarici işlər naziri Sergey Lavrovun NATO böhranı ilə bağlı açıqlamasını dəstəklədiyini bildirib.
1xeber.media xəbər verir ki, MakQreqor özünün X sosial media səhifəsində (əvvəllər Twitter) yazıb: "Rusiya ilə proksi müharibəsinin uğursuzluğu buna səbəb oldu".
O, rusiyalı nazirin Qərb ölkələrinin Şimali Atlantika Alyansının ən dərin böhranı fonunda NATO-nun mümkün "bağlanmasını" müzakirə etdiyinə dair açıqlamasını şərh edərkən bildirib.

















