Cari ilin 9 ayında əmtəə ixracı 11,7% azalaraq 19,3 milyard dollar təşkil edib.
Dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 16,9 milyard dollar olub.
1xeber.media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ixrac olunmuş neft-qaz məhsullarının (16,9 milyard dollar) 11,6 milyard dolları xam neftin, 4,9 milyard dolları təbii qazın, 0,4 milyard dolları isə neft emalı məhsullarının payına düşür.
2024-cü ilin 9 ayı üzrə qeyri neft-qaz ixracı 0,3% daralaraq 2,4 milyard dollar olub.
Bu ilin 9 ayı üzrə əmtəə idxalı 3,5% artaraq 12,3 milyard dollar təşkil edib: o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 4,9 milyard dollar olmuş, bunun da 1,6 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri neft-qaz sektoru üzrə idxal 16,2% artaraq 10,5 milyard dollar olub. Qeyri neft-qaz idxalının strukturunda: turboreaktiv mühərriklərin (2.7 dəfə); kərə yağının (72.4%); kommutasiya qurğularının (40.5%); kran, klapan, boru kəməri armaturlarının (34.0%); yük avtomobillərinin (29.0%); metalların (24.6%); bitki yağlarının (23.6%); mebel məhsullarının (21.9%); elektrik maşınların və aparaturanın (21.6%); dəmiryol nəqliyyat vasitələrinin (lokomotivlərin) (19.7%); qazanlar, avadanlıq, mexaniki qurğuların (19.4%); daxiliyanma mühərriklərinin (18.5%); hesablama maşınlarının (14.7%); mexaniki kürək və ekskavatorların (13.0%); tərəvəz məhsullarının (7.3%); daş və şüşə 11 Tədiyə balansı hesabatı məmulatlarının (5.5%); ətir və kosmetik vasitələrin (5.3%); sabun və yuyucu vasitələrin (5.2%); tütün məhsullarının (4.7%); alkoqollu və alkoqolsuz içkilərin (4.4%) və minik avtomobillərinin (1.3%) idxalı artmışdır. Bu dövrdə, uçuş aparatlarının (90.4%); gəmilər, qayıqlar və üzən konstruksiyaların (61.8%); traktorların (32.9%); əczaçılıq məhsullarının (12.4%); dənli bitkilərin (11.2%); kağız məmulatlarının (3.3%) və şəkərin (0.8%) idxalı isə azalıb.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3.3% təşkil edərək 0.4 milyard dollar olub.