Rusiya Ordusu Ukraynanın Zaporojye şəhərində doğum evini vurub.
1xeber.media UNİAN-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında baş verib.
Hücum zamanı ikisi qadın olmaqla azı 6 mülki şəxs yaralanıb.
Doğum evinin otaqları, koridorlar zədələnib, pəncərələr sınıb və duman qalxıb.
Məlumata görə, səhər və günortadan sonra Rusiyanın Zaporojye şəhərinə ümumilikdə iki hücum qeydə alınıb ki, biri 4 yaşlı uşaq olmaqla ümumilikdə 9 nəfər yaralanıb.
Məlumatı Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında təsdiqləyib.




















