Bloger Elçin Lənbərəniski özünün facebook səhifəsində qalmaqallı paylaşım edib. O paylaşımında Messinin ölkəmizə gəlməsindən və Azərbaycan haqqında paylaşım etməməsindən söz açıb.
1xeber.media xəbər verir ki,bloger daha sonra qeyd edib ki, reklam qarşılığında restoran və mağazalardan 500-800 manat alır.
Həmin paylaşımı olduğu kimi təqdim edirik:
Messi Azərbaycan haqqında paylaşım eləmədi..İndi də deyirlər ki,Messi ermənipərəstdir.
Bunu niyə qabaqcadan araşdırmırdınız?
Ronaldo gəlsəydi daha yaxşı olardı.Azından müsəlmanlara sevgisi var adamın..
Mən yazıq da reklam etdiyim mağazalardan,restoranlardan 500-800 pul alıram,az qala özümdən əlavə bütün nəslimə də paylaşım etdirirəm.
Nə isə.Nə isə..Nə isə...