Rusiya prezidenti Vladimir Putinin Moskvada səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılmır.
1xeber.media Interfax-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putinlə Paşinyan arasında görüş nəzərdə tutulmayıb.
Ermənistan baş naziri bu gün Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfər edib.