Qazaxıstanda Rusiya ilə sərhəddə, Rusiya Federasiyasına gedən 450-dən 500-ə qədər yük maşınının olduğu Sırım keçid məntəqəsində növbə yaranıb. 1xeber.media xəbər verir ki, bu barədə dekabrın 13-də Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, böyük tıxacın yaranmasına səbəb dekabrın 12-dən etibarən kəskin şəkildə pisləşən hava şəraiti olub: güclü qar, çovğun və buz.“Rusiya Federasiyasında federal magistral yollarda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb və Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, məhdudiyyətlər təxminən 13 dekabr 2024-cü il saat 22:00-dək qüvvədə qalacaq.
Bununla əlaqədar olaraq yük maşınları marşrut üzrə hərəkət edə bilmir və hava şəraitinin yaxşılaşmasını gözləyirlər”, - deyə departamentin Telegram kanalında bildirilir.