Skandal maliyyəçi kimi tanınan Ceffri Epşteynə zahirən bənzəyən türkiyəli Rıfat Özdemir bildirib ki, həyatı kabusa çevrilib.
Bu barədə 1xeber.media türk mediasına istinadla xəbər verir.
Onun sözlərinə görə: “Gənclər ümumilikdə maraq göstərmir, ən böyük tənqid isə 50-60 yaşlı insanlardan gəlir. ... Mən Epşteyn olmadığımı izah etməli oluram.
Artıq ictimai nəqliyyatdan istifadə etmirəm, indi atamın avtomobilini götürmüşəm”.
Rıfat Özdemir görünüşünü dəyişməyi planlaşdırır - saç düzümünü yeniləmək və saqqal saxlamaq niyyətindədir. Lakin o, bunun vəziyyəti dəyişəcəyinə əmin deyil.

















