Fevralın 12-nə keçən gecə Rusiyanın Tambov vilayətinin Miçurinsk şəhərində bir neçə partlayış baş verib, bundan sonra yanğın başlayıb.
1xeber.media xəbər verir ki,yerli sakinlərin sözlərinə görə, dronlar “Proqress” zavodunu hədəfə alıb. Müəssisə aviasiya və raket texnikasının idarəetmə sistemləri üçün avadanlıqların istehsalı ilə məşğuldur.
Bildirilir ki, bu müəssisə daha əvvəl də pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmışdı.
Obyekt Ukrayna sərhədindən təxminən 350 kilometr məsafədə yerləşir.
“Proqress” ASC - Miçurinsk zavodu həmçinin elektrotexnika, eləcə də qaz və neft kəmərləri üçün avadanlıqların istehsalında ixtisaslaşıb.
“ATEŞ” partizan hərəkatının nümayəndələrinin məlumatına görə, zavodda “Su” tipli döyüş təyyarələri və pilotsuz uçuş aparatları üçün detalların istehsalına başlanılıb. Hazır məhsullar isə Moskva və Tatarıstana göndərilir.

















