Nobel Komitəsi Nərgis Məhəmmədinin dərhal həbsdən azad olunmasını tələb edib.
1xeber.media xəbər verir ki,bu barədə komitənin rəsmi saytında məlumat yerləşdirilib, xəbəri Iran International yayıb.
Bundan əvvəl onun vəkili Mustafa Nili X platformasında yazmışdı ki, Nərgəs Məhəmmədinin istintaq təcridxanasında saxlanılması qanunsuzdur.
Vəkilin sözlərinə görə, onun səhhətindəki problemlər nəzərə alınaraq, girov qarşılığında müvəqqəti azadlığa buraxılması gözlənilir.

















