İran xalqı Amerikanın dostudur”, - Pəhləvi bildirib.
1xeber.media xəbər verir ki,bu barədə o, Glenn Bekə müsahibəsində danışıb, məlumatı Iran International yayıb.
“İranlılar daha yaxşı gələcəyə layiqdir. Tramp vədlərinə sadiq qalan və sülhə can atan insandır. Sülhə nail olmağın ən doğru yolu yenidən xəyanət edəcək hökumətə arxalanmaq deyil, fərqli gələcək naminə tərəfdaşlığa hazır olan xalqla əməkdaşlıq etməkdir”, - deyə o qeyd edib.
Pəhləvi həmçinin vurğulayıb ki, İran xalqı Amerikanın dostudur və 1979-cu ilə qədər iki ölkə Yaxın Şərqdə sabitliyin təmin olunması üçün əməkdaşlıq edib.
Onun sözlərinə görə, hazırkı rejim isə yalnız xaos və zorakılığa can atır.
O əlavə edib ki, bu münasibətləri bərpa etmək və regiona sülhü qaytarmaq üçün İran xalqı ilə razılaşma əldə etməyin vaxtı çatıb.

















