1xeber.media xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Con Heli Baltikyanı və Şimali Avropa ölkələrindən olan həmkarları ilə Rusiyanın "kölgə donanması" ilə əlaqəli ola biləcək tankerlərin ələ keçirilməsi məsələsini müzakirə edib.
Nəşr bildirir ki, Münhen Təhlükəsizlik Konfransında ölkələrdən 10 nümayəndə görüşüb. Danışıqlarda Britaniya Silahlı Qüvvələrinin rəisi Riçard Nayton iştirak edib. O, tankerlərlə mübarizə üçün variantları, o cümlədən onların ələ keçirilməsini təklif edib.
Hindistan Sahil Mühafizəsi neft qaçaqmalçılığı ilə əlaqəli ola biləcək üç tankeri ələ keçirib.

















