1xeber.media xəbər verir ki, "The Financial Times" (FT) qəzetinin Avropa və Ukrayna rəsmiləri arasında mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Ukraynada potensial atəşkəsi dəstəkləmək üçün kəşfiyyat və digər imkanlardan istifadə etməyə öhdəlik götürüb.
Nəşr iddia edir ki, "ABŞ Kiyevlə müzakirə olunan ikitərəfli təhlükəsizlik zəmanətləri çərçivəsində istənilən potensial atəşkəsi dəstəkləmək üçün kəşfiyyat və digər yüksək texnologiyalı imkanlardan istifadə etməyə öhdəlik götürüb".

















