Bəhreyn, Misir, İraq, İordaniya, Qətər, Livan, BƏƏ və Səudiyyə Ərəbistanının daxili işlər nazirləri Suriyada hərbi əməliyyatları dayandırmağa çağırıblar.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 14-də İordaniya Xarici İşlər Nazirliyinin Əqabə şəhərində keçirilən görüşdən sonra qəbul edilmiş bəyanatında bildirilir.
“Görüşdə son həftələrdə Suriyada baş verən hadisələr müzakirə olunub. İclas iştirakçıları vurğuladılar ki, bütün hərbi əməliyyatları dərhal dayandırmaq lazımdır”, - Əl-Məmlakat telekanalı bəyanatın mətnindən sitat gətirir.
Bundan əlavə, xarici işlər nazirləri həmçinin suriyalı qaçqınların geri qayıtması üçün şəraitin yaradılmasına və onlara lazımi köməklik göstərilməsinə çağırıblar.