Yaxın Şərqdə müharibə qlobal inflyasiyanı sürətləndirə bilər.
1xeber.media xəbər verir ki,bunu Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva bildirib.
Onun sözlərinə görə, regionda münaqişənin eskalasiyası dünya iqtisadiyyatı üçün birbaşa risklər yaradır.
BVF-nin hesablamalarına görə, əgər neft qiymətlərində 10 faiz artım ilin böyük hissəsində davam edərsə, bu qlobal inflyasiyanın 40 baza bəndi - yəni 0,4 faiz artmasına səbəb olacaq.
Georgiyeva qeyd edib: “Biz yenidən görürük ki, qlobal iqtisadiyyatın dayanıqlığı Yaxın Şərqdə baş verən yeni münaqişə ilə sınaqdan keçir”.
O əlavə edib: “Bu yeni qlobal reallıqda qərarverici qurumlara tövsiyəm odur ki, düşünülməsi çətin görünən ssenariləri belə nəzərə alsınlar və onlara hazır olsunlar”.

















