Almaniya kansleri Olaf Şolz ölkə prezidenti Frank-Valter Ştaynmayerə hökumətə etimadsızlıq ifadə etdiyi üçün Bundestaqın buraxılmasını təklif edib.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 16-da N-TV kanalı DPA agentliyinin məlumatlarına istinadən məlumat yayıb.
Şolz təklifini deputatların səsverməsindən dərhal sonra getdiyi Bellevue prezident sarayında səsləndirib.
Prosedura görə, Ştaynmayer 21 gün ərzində Bundestaqın buraxılması barədə qərar verməlidir. Bundan sonra 60 gün ərzində yeni seçkilər keçirilməlidir.