1xeber.media xəbər verir ki,Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində Ər-Riyaddakı diplomatik məhəlləyə doğru istiqamət alan pilotsuz uçuş aparatının hərbçilər tərəfindən vurulduğunu bəyan edib.
Küveyt də raket və dronların qarşısının alınması üçün hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirib.
Təxminən eyni vaxtda Bəhreyndə həyəcan sirenləri səslənib, hakimiyyət orqanları sakinləri təhlükəsiz yerlərdə gizlənməyə çağırıb.
Qətər Müdafiə Nazirliyi isə çərşənbə günü səhər erkən saatlarda raket hücumunun dəf edildiyi barədə məlumat yayıb.

















