Qərb kəşfiyyatı: Müctəba Xameneyi sağdır, lakin İranda hakimiyyət SEPAH-ın əlinə keçib
1xeber.media xəbər verir ki,bu barədə “Axios” məlumat yayıb.
Qərb kəşfiyyat xidmətlərinin məlumatına görə, İranın yeni ali rəhbəri Müctəba Xameneyi sağdır, lakin ola bilsin ki, yaralanıb və ya təhlükəsizlik mülahizələrinə görə ictimaiyyət qarşısına çıxa bilmir, yaxud da bunu istəmir.
“Biz inanmırıq ki, iranlılar ölü bir adamı ali rəhbər seçmək üçün bu qədər əziyyətə qatlaşsınlar, lakin eyni zamanda onun ölkəni idarə etdiyinə dair əlimizdə heç bir sübut yoxdur” - deyə amerikalı rəsmi bildirib.
Xüsusilə liderlərin ənənəvi olaraq çıxış etdiyi Novruz bayramı (21 mart) dövründə Xameneyinin ortada olmaması ölkəni real olaraq kimin idarə etdiyi barədə sualları artırır.
Aydın mərkəzi hakimiyyətin olmadığı bir şəraitdə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yaranmış boşluğu faktiki olaraq doldurur və çox güman ki, artıq dövlətin idarəçiliyini öz üzərinə götürüb.
Xatırladaq ki, Müctəba Xameneyi martın 8-də təyin olunduğu andan etibarən ictimaiyyət qarşısına çıxmayıb.

















