1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməmək barədə razılığa gəldiyini iddia edir.
"Əvvəlcədən demək istəmirəm, amma onlar heç vaxt nüvə silahına sahib olmayacaqları barədə razılığa gəliblər", - deyə Amerika lideri jurnalistlərlə söhbətində vurğulayıb.
Tramp məsləhətləşmələrin kiminlə aparıldığını dəqiqləşdirməyib.
Bir müddət əvvəl Amerika lideri ABŞ-ın İrana hücumunun Üçüncü Dünya Müharibəsinin qarşısını almağa kömək etdiyini bildirmişdi.















