Fransa sakinlərinin dörddə üçü hazırkı dövlət başçısı Emmanuel Makronu pis prezident hesab edir. Bunu dekabrın 17-də “La Dépêche”nin keçirdiyi sorğu da təsdiqləyib.
1xeber.media xəbər verir ki, Sorğu göstərib ki, fransızların 74%-i onu pis dövlət başçısı hesab edir.Qeyd olunur ki, Makron öz partiyası istisna olmaqla, siyasi partiyalar tərəfindən qiymətləndirilmir.
Sorğunun nəticələrinə görə, solçu “Fəth olunmamış Fransa” tərəfdarlarının 86%-i, eləcə də sağçı “Milli mitinq”in həmfikir respondentlərinin 94%-i onu pis lider hesab edir.