ABŞ hərbçiləri İranda 400 kiloqram yüksək dərəcədə zənginləşdirilmiş uranın ələ keçirilməsi planını hazırlayıblar
1xeber.media xəbər verir ki,bu barədə Washington Post nəşri məlumat yayıb.
"Washington Post" nəşrinin məlumatına görə, Trampın müvafiq sorğusundan sonra hazırlanan və bu yaxınlarda ona təqdim edilən təklif, radioaktiv materialın yük təyyarələri ilə çıxarılması üçün İranın daxilində qazıntı texnikasının yerləşdirilməsini və uçuş-eniş zolağının tikilməsini nəzərdə tutur.
Materialda qeyd olunur ki, bu plan ciddi əməliyyat riskləri ilə bağlıdır, çünki söhbət "son dərəcə həssas xüsusi əməliyyat missiyasından" gedir.
Ekspertlər bildirirlər ki, belə bir əməliyyatın həyata keçirilməsi üçün ABŞ xüsusi təyinatlılarının uranın saxlandığı dərin yeraltı bunkerlərə nüfuz etməsi və materialın təhlükəsiz daşınmasını təmin etmək üçün ərazidə uzun müddət qalması tələb olunacaq. Bu isə münaqişənin miqyasının daha da genişlənməsi riskini yaradır.

















