ABŞ prezidenti Donald Tramp İranda rejim dəyişikliyinin hərbi əməliyyatın məqsədi olmadığını bildirib.
1xeber.media xəbər verir ki, o, bu açıqlamanı mətbuat konfransı zamanı verib.
"Biz bunu rejim dəyişikliyi üçün etmədik. Biz bunu bunun naminə etdik", - deyə o bildirib.
Siyasətçi qeyd edib ki, İran xalqı öz hökumətini devirməlidir. Tramp həmçinin İran üçün ən yaxşı planının olduğunu vurğulayıb, lakin bunun nə olduğunu dəqiqləşdirməyib.
Bir müddət əvvəl Amerika lideri İran hakimiyyətindən Hörmüz boğazını açmağı tələb edib. Tramp onları alçaq adlandırıb, enerji obyektlərinə və körpülərinə güclü zərbələr endirməklə hədələyib və vəziyyətlə bağlı ədəbsiz ifadələr işlədib.

















