İraqda qaçırılan amerikalı jurnalist azad edilib
1xeber.media xəbər verir ki,bu barədə ABŞ rəsmisi Rubio məlumat verib.
"İraqın Bağdad şəhəri yaxınlığında "Kətaib Hizbullah" xarici terror təşkilatının üzvləri tərəfindən bu yaxınlarda qaçırılmış amerikalı jurnalist Şelli Kittlsonun azad edildiyini elan etməkdən məmnunam", — deyə Dövlət katibi X platformasında yazıb.
Hazırda ABŞ Kittlsonun İraqdan təhlükəsiz çıxışını təmin etməyə çalışır.

















