ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran ictimai rəyi müharibə aparmaqdan daha yaxşı idarə edir.
1xeber.media xəbər verir ki, o, bunu özünün Truth Social səhifəsində yazıb.
"İranlılar saxta xəbərləri və PR-ı müharibə aparmaqdan daha yaxşı idarə edirlər!" yazısında deyilir.
Amerika lideri qeyd edib ki, onun fikrincə, İranın beynəlxalq su yollarına nəzarət vasitəsilə beynəlxalq ictimaiyyətə qısamüddətli təzyiq göstərməkdən başqa heç bir kozırı qalmayıb.
Daha əvvəl Tramp İranla danışıqların nəticələrinin təxminən növbəti 24 saat ərzində məlum olacağını bildirmişdi. Eyni zamanda, Ağ Ev rəhbəri danışıqlar uğursuz olarsa, ABŞ-ın güc tətbiq etməyə hazır olduğunu bildirib.

















