1xeber.media xəbər verir ki, Vaşinqton Tehranın bütün ilkin şərtlərini qəbul edərsə, İran ABŞ-la danışıqlara başlayacaq.
Nümayəndə heyətinə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edirdi. Nümayəndə heyətinə Mərkəzi Bankın sədri Əbdülnasir Hemati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədiyan, xarici işlər naziri Abbas Əraqçi və başqaları da daxil idi.
Tehran ABŞ-ın İranın dondurulmuş aktivləri ilə bağlı qərarını alqışladı.

















