ABŞ vitse-prezidenti qeyd edib ki, Amerikanın “qırmızı xətləri” aydın şəkildə ifadə olunub, lakin İran onları qəbul etməkdən imtina edib.
ABŞ prezidenti Donald Trampın əsas prioriteti İranın nüvə silahı əldə etməsinə yol verməməkdir. İslamabadda keçirilən görüşlərdə iranlılar nüvə proqramından imtina edəcəklərinə dair heç bir təminat verməyib.
1xeberşmedia-nın məlumatına görə,Vens bildirib ki, ABŞ İrana “sonuncu və ən yaxşı təklifini” təqdim edib, lakin Tehran hətta çevik şərtləri belə rədd edib. ABŞ vitse-prezidenti sülh sazişi əldə olunmadan, 21 saatlıq danışıqlardan sonra Pakistandan yola düşüb.
Müxbir: “Onlar konkret olaraq nəyi rədd ediblər?”
Ceyms Devid Vens: “Biz onların nüvə silahına can atmayacaqlarına və onlara qısa müddətdə nüvə silahı əldə etməyə imkan verəcək vasitələr axtarmayacaqlarına dair təsdiqedici öhdəlik görməliyik”.
Ceyms Devid Vens: “Danışıqlarda hansı çatışmazlıqlar olubsa, bu, pakistanlılara görə deyil. Onlar inanılmaz iş görüblər, bizimlə iranlılar arasındakı uçurumu aradan qaldırmaq və razılığa gəlmək üçün səmimi şəkildə kömək etməyə çalışıblar”.
Ceyms Devid Vens: “İranlılarla bir sıra məzmunlu müzakirələrimiz oldu. Bu, yaxşı xəbərdir. Pis xəbər isə odur ki, biz razılığa gələ bilmədik - və məncə, bu, Amerika Birləşmiş Ştatlarından daha çox İran üçün pis xəbərdir”.
Pakistanda aparılan 21 saatlıq danışıqlardan sonra Ceyms Devid Vens ABŞ və İranın razılığa gələ bilmədiyini söyləyib. O bildirib ki, ABŞ öz şərtlərini aydın şəkildə ortaya qoyub, lakin İran onları qəbul etməyib.

















