İranın Tasnim agentliyinin mənbəyə istinadən verdiyi məlumata görə, Vaşinqton Tehranla danışıqlarda zənginləşdirilmiş uran ehtiyatlarının İrandan çıxarılmasında israr edib.
1xeber.media yerli KİV istinadla xəbər verir ki,İran bu şərtin yerinə yetirilməsindən imtina edib:
“Danışıqlar zamanı amerikalılar İrana qarşı müharibə gedişatında nail ola bilmədikləri məqsədlərə çatmağa çalışıblar. Söhbət xüsusilə Hörmüz boğazından və nüvə materiallarının İrandan çıxarılmasından gedirdi. İran bu cəhdləri puça çıxarıb”.

















