
Qalibaf İranın ABŞ ilə Pakistandakı uğursuz danışıqları barədə danışıb.
“Bizdə kifayət qədər xoş məram və qətiyyət var, lakin əvvəlki iki müharibə təcrübəsini nəzərə alaraq, qarşı tərəfə etibar etmirik”.
Nəticə etibarilə, bu danışıqlar raundunda qarşı tərəf İran nümayəndə heyətinin etimadını qazana bilməyib.
“Amerika bizim məntiqimizi və prinsiplərimizi anladı. İndi bizim etimadımızı qazana bilib-bilməyəcəyinə dair qərar vermək növbəsi ondadır”.
“Biz İran xalqının hüquqlarının təmin olunması üçün hərbi mübarizə ilə yanaşı, “güc diplomatiyası”nı da digər bir üsul kimi nəzərdən keçiririk”.

















